Mənə kömək edəcək nə oğlum, nə qardaşım var. Mən sadəcə olaraq heç nəyə yaramayan qocayam. 🎥 Umberto D. 1952 | Rej: Vittorio De Sica | Ssenari: Cesare Zavattini 🇮🇹 İtaliya ⭐ IMDb: 8.2, Dram 🏆 1 Oskar namizədliyi (ən yaxşı ssenari), 3 mükafat, 2 namizədlik. 🎭 Rollarda: Carlo Battisti, Maria Pia Casilio, Lina Gennari və.b 💵 Filmə ayrılan vəsait $71,8 min, əldə olunan məbləğ $72,4 min. 📌 Qocalıqda heç kim Umberto kimi tək-tənha qalmamalıdır. Film adamın boğazında düyümlənib qalır. Ehtiyac ucbatından dəyər verdiyi əşyaları satan insanlara həmişə pis olmuşam. Filmi izləyərkən Umbertonun ümidsizliyini, tənhalığını, çarəsizliyini sümüyümə qədər hiss etdim. Köhnə filmlər adamın qəlbinə toxunmağı və iz buraxmağı çox gözəl bacarır. Rejissorun "Ladri di biciclette (Velosiped oğruları) 1948" filmini də izləmənizi tövsiyə edirəm. 📜 Umberto D. təqaüdçü dövlət qulluqçusudur. O, həyatda yeganə dostu olan iti Flike ilə Romada kiçik pansionatda yaşayır və ev kirasına belə bəs etməyəcək pulla dolanmağa çalışır. Otağın kirayəsini mütəmadi olaraq ödəyə bilməyən Umberto ev sahibi tərəfindən davamlı olaraq evdən qovulacağı ilə hədələnməkdə və otağının gündüzləri fahişələrə saatlıq kirayə verilməsinə səs çıxara bilməməkdədir. Umberto yataqxanaya olan borcunu ödəmək üçün saatını və kitablarını satır, lakin lazım olan pulu toplaya bilmir. Ümidsizliyi gündən-günə artdıqca, Umberto intihar etməyi son çarə hesab edir.

Теги других блогов: IMDb İtaliya Umberto D.