🎥 Brutti, sporchi e cattivi (Çirkin, çirkli və pis) 1976 | Rej: Ettore Scola | Ssenari: Ruggero Maccari, Ettore Scola 🇮🇹 İtaliya ⭐ IMDb: 7.7, Komediya, Dram 🏆 1 mükafat, 2 namizədlik 🎭 Rollarda: Francesco Anniballi, Maria Luisa Santella, Marina Fasoli və.b 📌 Tragikomediya janrında izləyə biləcəyinin bəlkə də ən maraqlı və ən əyləncəli filmlərdən biri olacaq. Şablon filmlərdən bezmisinizsə bu filmə bir şans verib izləyin. Filmi 9 xalla qiymətləndirdim və favori filmlər siyahıma əlavə etdim. Mütləq izləyin demirəm çünki hər kəsin sevə biləcəyi filmlərdən olmaya bilər. 📜 Giacinto arvadı, 10 uşağı və digər ailə üzvləri ilə birlikdə bir daxmada yaşayır. Bir müddət əvvəl işləyərkən itirdiyi sol gözü üçün sığorta şirkətindən pul alır və aldığı pulu digər ailə üzvlərindən gizlətməyə çalışır. İndi onun bütün həyatı bu pulu oğurlamaq istəyən digər ailə üzvlərindən qorumaqdan ibarətdir. Sosial deqradasiyanın real təsvirini gülməli səhnələrlə birləşdirən film bizi hər gün sağ qalmaq üçün mübarizə aparan bu ailənin sərgüzəştlərinə qonaq aparır.

Теги других блогов: İtaliya IMDb: 7.7 Komediya