- İnsanlar niyə ölür? - Fərqlidir; ürək tutması, xərçəng, qəza, qocalıq. - Yəni, ölüm nə deməkdir? - Ürəyin qan vurması dayanır, beyinə qan getmir, hərəkət etmə qabiliyyətimizi itiririk, hər şey bitir. - Bəs geriyə nə qalır? - Bir insanın yaşamı, onun xatirələrindən və geriyə buraxdıqlarından ibarətdir. Xatirələr önəmlidir. Birini, ona xas olan xüsusiyyətləri ilə xatırlayırsan. Onun üzünü, gülüşünü, bir dişinin əskik olduğunu xatırlayırsan. Bunları düşünmək üçün hələ çox gəncsən. - Sən heç ruhdan bəhs etmədin. - Ruh deyilən bir şey yoxdur. - Bibim olduğunu demişdi. - Bəziləri ona inanaraq özlərini daha rahat hiss edirlər. - Sən inanırsan? - Mən? Düzünü deyim ki, bilmirəm. - Suallarımın cavabını tapdığımda xoşbəxt oluram. Ölü bir it gördüm. Sonra niyə belə olur deyə düşündüm. Bəlkə də indi onun üçün daha yaxşıdır. 🎥 Dekolog, jeden 1989 | Rej: Krzysztof Kieslowski | Ssenari: Krzysztof Kieslowski, Krzysztof Piesiewicz 🎭 Rollarda: Henryk Baranowski, Wojciech Klata, Maja Komorowska və.b 📌 "Dekolog" elə ilk hissədən adamı özünə cəlb etməyi bacarır. Bu bölümdə ən xoşuma gələn yer Krzysztof ilə oğlu Pawelin yuxarıda qeyd etdiyim dialoq səhnəsi idi.

Теги других блогов: ölüm Krzysztof Kieslowski xatirələr ruh Dekolog