Qanunlar təbiəti təqlid etməməli, əksinə onu inkişaf etdirməlidir.
İnsanlar başqalarını idarə etmək üçün qanunu icad etdilər. Qanunlar bizim kim olduğumuzu və necə yaşadığımızı müəyyən edir. Qanuna ya tabe oluruq, ya da məhəl qoymuruq. İnsanlar azaddırlar. Onların azadlıqları başqalarının azadlıqları ilə məhdudlaşır. Cəza, qisasdır. Xüsusən də zərər vurmağa yönəlmiş cəzalar cinayətin qarşısını almır. Qanunlar kim üçün qisas alır? Günahsızlar üçünmü? Qanunu günahsızlarmı çıxarır?
🎥 Dekalog, piec 1990 | Rej: Krzysztof Kieslowski | Ssenari: Krzysztof Kieslowski, Krzysztof Piesiewicz
🎭 Rollarda: Miroslaw Baka, Krzysztof Globisz, Jan Tesarz
📜 Beşinci bölümdə “öldürmə” mesajını verən altıncı əmrdən bəhs edilir. 84 dəqiqəlik uzadılmış film versiyası ilə məşhur olan epizod, Krótki film o zabijaniu (Öldürmə Haqqında Qısa Film) Jacek, Piotr ve Waldemar’ın ölüm çərçivəsində kəsişən hekayələrindən bəhs olunur.
Filmdə bir taksi sürücüsünü vəhşicə və səbəbsiz yerə öldürən işsiz, məqsədsiz bir gəncin edama gedən hekayəsindən bəhs olunur. Film müasir dünyada insanların dərin depressiyalarından bəhs etməklə bərabər, ədalət anlayışını da gün üzünə çıxarır. Filmdəki yeniyetmənin taksi sürücüsünü niyə öldürdüyünü bilmirik. Amma dövlətin o gənci niyə asmasının hüquqi səbəblərini hamı bilmək məcburiyyətindədir.
“Bu filmi çəkmək istəməyimin səbəbi, bütün bu olanların mənim üçün ediliyini düşünməyimdir” deyir Kieslowski. Kieslowski’yə görə, dövlət birinin boynuna ipi keçirib, altındaki stula təpik atırsa bunu onun adına etmiş olmalarıdır ve bunun əleyhinə olduğu üçün çəkmişdir bu filmi.”