- Tələbələrinə nə öyrədirsən? Necə yaşamaqları ilə bağlı həqiqətləri?
- Xeyr, elə deməzdim. Özlərini kəşf etməklərinə kömək oluram.
- Səbəb?
- Çünki yaxşılığa inanıram. Hər kəsin yaxşı bir tərəfi olduğunu düşünürəm. Şərtlər yaxşı ya da pisin meydana çıxmasına səbəb olur.
- Yaxşı, bəs bunları kim dəyərləndirəcək?
- Hamımızın içində olan inanc.
- Sənin işlərində tanrını tapa bilmədim.
- Kilsəyə getmirəm. Tanrı kəliməsini istifadə etmirəm. Bir insan, heç şübhə yoxdur ki, sözlərdən istifadə etmədən də azad ola bilər, seçim edə bilər. Əgər istəyərsə, tanrını önəmsəyə bilər.
- Onun yerinə nəyə inanacaq?
- Tənhalıq, burada və orada. Onu, sonsuzluğun xaricində fikirləş. Heç bir şey yoxdursa boşluq var.
🎥 Dekalog, osiem 1990 | Rej: Krzysztof Kieslowski | Ssenari: Krzysztof Kieslowski, Krzysztof Piesiewicz
🎭 Rollarda: Maria Koscialkowska, Teresa Marczewska, Tadeusz Lomnicki
📜 Səkkizinci bölüm "Qonşularına qarşı yalan yerə şahidlik etmə" mesajı ilə doqquzuncu əmrdən bəhs edir. Serialın ən 'ağır' epizodlarından biri olan Osiem, illər sonra ortaq, qaranlıq keçmişləri üçün üz-üzə gələn Zofiya və Elzbieta haqqındadır. Zofiya universitetdə etika professorudur, Elzbieta isə ABŞ-da yaşayır və kitab tərcümə etməklə məşğuldur. Bir gün Elzbieta Zofiyanın məktəbinə baş çəkir və onun dərsində iştirak etmək istədiyini deyir. Dərsin əvvəlində Dekaloqun ikinci hissəsindəki hekayənin etik ölçüsü müzakirə olunur; Əri ölüm yatağında olan hamilə qadınla həkim arasında baş verənlər müzakirə edilir və verilən qərarların düzgünlüyü şübhə altına alınır. Daha sonra Elzbieta 6 yaşlı yəhudi qızın faciəsi haqqında başqa bir əhvalat danışır. Onun himayədar ailəsi onu qəbul etməzdən əvvəl ondan iman gətirməsini tələb edir. Daha sonra çətin vəziyyətə düşmək istəmədiklərini bildirir, bunun yalançı şahidlik olacağını əsas gətirir və onu ölümə göndərdiklərini deyir. Hekayə nə qədər təfərrüatlıdırsa, eşitmək bir o qədər ağrılıdır. Hekayə bu dəfə əmri pozmamaqdan bəhs etsə də, tamaşaçını əxlaq anlayışının hüdudları və çevikliyi haqqında düşünməyə vadar edir.