🎥 Dekalog, dziesiec 1989 | Rej: Krzysztof Kieslowski | Ssenari: Krzysztof Kieslowski, Krzysztof Piesiewicz 🎭 Rollarda: Jerzy Stuhr, Zbigniew Zamachowski, Henryk Bista, Olaf Lubaszenko 📌 Bu bölümlə artıq Dekalogun sonuna gəlib çatdıq. Hər bölüm bir-birindən fərqli və maraqlı idi. Mənə görə 10 bölümün ən yaxşıları: 🎥 Dekalog, piec (S1, E5) 🎥 Dekalog, szesc (S1, E6) 🎥 Dekalog, dziesiec (S1, E10) Kaş bu bölümün də "piec" və "szesc" kimi uzadılmış film versiyası olardı. 📜 “Qonşunun malına tamah salma” mesajını verən onuncu bölümdə digər doqquz əmrə kiçik istinadlar var; bunu xüsusilə beşinci əmrlə eyniləşdirmək olar, hansı ki, “anana və atana hörmət et” tövsiyə olunur. Epizod 'City Death' pank qrupunun konserti ilə başlayır: Jerzy konsertdə olan qardaşı Artura atalarının vəfat etdiyini bildirmək üçün gəlir. Normalda uzaq və soyuq münasibət saxlayan qardaşlar cənazənin təşkili və miras paylaşımı səbəbiylə birlikdə daha çox vaxt keçirməyə başlayırlar. Film, mərhum atanın "Osiem" bölümü ilə də əlaqə quraraq həyatı boyu böyük səylə bir araya gətirdiyi möhür kolleksiyası ətrafında formalaşıb. Əllərindəki kolleksiyanın ciddi maddi dəyəri olduğunu öyrənən qardaşlar onu itirmək qorxusu irəlilədikcə paranoyaklaşırlar: Evin təhlükəsizlik şərtləri artırılır, hətta gözətçi it də alırlar. Serialın son bölümü digər bölümlərin ağır ab-havasından uzaqdır və sırf dramatik povestə sahib deyil.

Теги других блогов: Dekalog Krzysztof Kieslowski Polish cinema