- Kabuslar görmək tamamilə normaldır. Bu, zaman-zaman hamımızın başına gələ bilir. Bunda utanılası bir şey yoxdur. Mənim çoxlu xəstələrim olub, onların hamısının fərqli kabusu olub. Amma heç vaxt belə kabusla qarşılaşmamışam. Çox da xoş bir kabus olduğunu deyə bilməyəcəyəm. Odur ki, bunu sizinlə dəqiqləşdirməyə cəhd edək. Bu kabusları hər dəfə görürsünüz? Yəqin ki, sizi narahat edən bir şey var. Bu kabusu görməyə səbəb olanın nə olduğu haqda heç bir fikriniz varmı? - Bəli. Allaha olan inancımı itirməmlə başladı. - İlahi... Bəs siz keşiş deyilsiniz? - Bəli, ruzimi kahinliklə qazanıram. Mənim işim Tanrının kəlamını insanlara çatdırmaqdır. İnanmadığım kəlamları. - Düşdüyünüz vəziyyətin çox da xoş olduğunu deyə bilməyəcəyəm. Tanrı həqiqətən də mövcud olmaya bilərmi? - Xeyr, bu, dəhşətli bir şey olardı. - Başqa nəyə inanardınız? - Bilmirəm... - Bəlkə də yaşadığımız üçün xoşbəxt olmalıyıq. 🎥 Om Det Oändliga (Sonsuzluq haqqında) 2019 | Rej, Ssenari: Roy Andersson 🇸🇪 İsveç | 🇩🇪 Almaniya | 🇳🇴 Norveç | 🇫🇷 Fransa ⭐ IMDb: 6.8, Dram, Fantastika 🏆 4 mükafat, 14 namizədlik. 🎭 Rollarda: Tatiana Delaunay, Anders Hellström, Bertil J. Nyberg və.b 💵 Filmə ayrılan vəsait €4,5 milyon, əldə olunan məbləğ $434,9 min. ✍️ Filmi normal başla izləmədiyim üçün haqqında müsbət və ya mənfi bir şey yazmaq istəmirəm. Film əvvəldən son ana qədər çox səssiz və sabit şəkildə davam edir. Əslində filmdə maraqlı səhnələr vardı. Həkimlə keşişin dialoqu, kafe ətrafında rəqs edən qızlar. Mütləq nə vaxtsa ikinci dəfə izləyəcəm bu filmi. Filmi izləyən olsa düşüncələrini mənimlə bölüşə bilər.

Теги: film dram fantastika

Теги других блогов: film dram fantastika